Rusiya hərbi texnikalarını Belarusa ötürməkdə davam edir. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus Respublikası Müdafiə Nazirliyi məlumat dərc edib. 

Bu dəfə "Tor-M2K" zenit-raket komplekslərinin yeni partiyası Belarusa göndərilib: "Rusiyadan "Tor-M2K" zenit-raket komplekslərinin daha bir partiyası Belarusa gəlib".

Silah partiyası "Belarus və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında mövcud hökumətlərarası saziş çərçivəsində" alınıb.

Ağarza Elçinoğlu