Türkiyənin İstanbul şəhərində xüsusi əməliyyat keçirilib.

"Unikal" xəbər verir ki, İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatına üzv olan iki nəfəri saxlayıb.

Şübhəlilər dekabrın 31-i İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə çalışıb.