Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdən çıxarılacaq təbii qazın istifadə olunacağı tarixi açıqlayıb.

"Unikal"  xəbər verir ki, Ərdoğan bu barədə gənclərlə görüşündə danışıb.

"Qara dəniz qazının martda istifadəsi üçün hazırlıq işləri görülür. Artıq sona yaxınlaşırıq. Bunun üçün çalışılır", - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Qara dənizin Türkiyəyə aid olan sektorunda təbii qaz yataqlarının axtarışı davam edir.