Çində yük maşını cənazə karvanına çırpılıb. Hadisə nəticəsində 19 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, qəza yük maşınının dəfn karvanına çırpılması nəticəsində baş verib. 

CCTV dövlət televiziyasının yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.