ABŞ illərdir Rusiyaya hücum etmək üçün Donbassda və Ukraynanın şərqində dayaq yaratmağa çalışır.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor YouTube-dakı bloqunda bildirib.

“Biz yüz min nəfərlik nəhəng ordu qurmaq üçün illər boyu çalışmışıq ki, yalnız bir məqsəd var: Rusiyaya zərbə endirmək və Şərqi Ukraynanı platformaya çevirmək Moskva bunu hiss edərək, müdaxilə etmək qərarına gəlib" - Makqreqor bildirib.

Onun sözlərinə görə, ABŞ şanslıdır ki, onlar hələ də Rusiya ilə genişmiqyaslı müharibədə deyillər, çünki Ukraynanı silahla təchiz edən Vaşinqtondur.

Bundan əvvəl Florida ştatının birinci konqres dairəsindən olan Nümayəndələr Palatasının üzvü, respublikaçı Mett Goetz ABŞ administrasiyasına Ukraynanın silahlandırılmasını maliyyələşdirməyi dayandırmağı təklif etmişdi , çünki ona nəzarət etmək mümkün deyil.