Co Bayden administrasiyası Türkiyəyə 20 milyard dollar dəyərində yeni F-16 qırıcılarının satışı, həmçinin Yunanıstana yeni nəsil F-35 təyyarələrinin satışı üçün Konqresin təsdiqini almağa hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Rəsmilər bildiriblər ki, Konqresin təsdiqi Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük iddialarını ratifikasiya etməsindən asılıdır.

WSJ-nin məlumatına görə, söhbət Türkiyəyə 40 yeni F-16 qırıcısının, eləcə də ölkənin Hərbi Hava Qüvvələrinin 80 qırıcısının modernləşdirilməsi üçün komplektlərin satışından gedir. ABŞ həmçinin Türkiyəyə 900 hava raketi və 800 bomba satmaq niyyətindədir. Qeyd olunur ki, satış qərarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-a səfəri ilə üst-üstə düşə bilər.

Qəzetin yazdığına görə, Türkiyə razılaşması ilə eyni vaxtda Konqres Afinanın narazılığını azaltmaq üçün Yunanıstana ən azı 30 beşinci nəsil F-35 qırıcılarının satışını təsdiq edə bilər.