ABŞ-ın Kaliforniya ştatının Tulare dairəsində atışma baş verib, azyaşlı uşaq da daxil olmaqla altı nəfər həlak olub.

"Unikal"  xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Atışma Qoşendəki evlərdən birində qeydə alınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 5 ölü aşkar ediblər.

Polis hadisə yerindən qaçan iki şübhəlini axtarır.