Yeni Zelandiya rusiyalı siyasətçilərə, hərbçilərə və sahibkarlara qarşı yeni sanksiyalar elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta açıqlayıb. 

"Bu gün biz Rusiyanın hərəkətlərini pisləmək üçün ona qarşı ən böyük sanksiyalar paketini elan edirik", - deyə diplomat bildirib.

Maxuta qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinə yaxın siyasi xadimlər olan 87 Rusiya Federasiyası vətəndaşına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq.

Sanksiyalar həmçinin Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına, münaqişədə iştirak edən hərbi qulluqçulara və hərbi hissələrin komandirlərinə, habelə onların ailə üzvlərinə də şamil ediləcək.

Ağarza Elçinoğlu