ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. 

"Unikal" xəbər verir ki, müvafiq bəyanat fevralın 24-də Pentaqonun saytında dərc olunub.

"Ümumi məbləği 2 milyard dollar olan bu paket Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün bir hissəsi kimi təqdim edilir", - ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Yeni dəstək paketinə HIMARS artilleriya reaktiv yaylım atəş sistemləri və lazer idarəedici raket sistemləri üçün əlavə döyüş sursatları, 155 millimetrlik artilleriya qurğuları üçün mərmilər, pilotsuz uçuş aparatları (PUA) və elektron müharibə aşkarlama avadanlıqları, həmçinin minalardan təmizləmə və rabitə vasitələri daxildir. 

***10:34

Ağ Ev Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümündə Ukrayna üçün 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

"Unikal" xəbər verir ki, bu barədə CNN televiziyası məlumat dərc edib.

Yeni hərbi yardım paketinə HIMARS raketləri, 155 mm-lik artilleriya mərmiləri, bir neçə növ dron, PUA əleyhinə avadanlıq, minatəmizləmə avadanlıqları, təlim və xidmətlər üçün maliyyə və s. daxildir. 

Qeyd edək ki, fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevdə olarkən Rusiya işğalçılarına qarşı mübarizədə Ukraynaya 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb. Bu yardım tranşına yüzlərlə zirehli texnika, hava hücumundan müdafiə sistemləri, raketlər və digər silahlar daxil edilmişdi. 

Ağarza Elçinoğlu