Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin birinci ildönümü münasibətilə Moskvada atəşfəşanlıq keçirilib. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bundan əlavə, fevralın 23-də gecə yarısı yaylım atəşləri açılıb. 

Məlumatda bayram tədbirinin "Vətənin Müdafiəçisi Günü" şərəfinə keçirildiyi qeyd olunsa da, salut atışı fevralın 24-nə keçən gecədə baş verib. Belə ki, ruslar bayramla bərabər müharibənin ildönümünü də qeyd ediblər. 

Ağarza Elçinoğlu