Soçidən Krasnoyarska uçan sərnişin təyyarəsi məcburi eniş edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

"Rossiya" aviaşirkətinə məxsus Soçi-Krasnoyarsk marşrutu ilə uçan "Boeing-737-800" təyyarəsi salonda təzyiqin azalması səbəbindən Krasnoyarsk hava limanına məcburi eniş edib.

Hava maşınında 167 sərnişin və 8 ekipaj üzvü olub.  İlkin məlumata görə, eniş zamanı xəsarət alan olmayıb.

Ağarza Elçinoğlu