Rusiya Aerokosmik Qüvvələri hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarəsini vurub. 

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant İqor Konaşenkov deyib.

MN sözçüsünün məlumatına görə, Donetsk Xalq Respublikasının Drujkovka qəsəbəsi üzərində səmada hərbi toqquşma baş verib, "Su-24" təyyarəsi vurulub.

Bundan əlavə, Rusiya hərbçiləri Ukraynanın 15 pilotsuz uçuş aparatını vurub.

Ağarza Elçinoğlu