Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyanın şimalını da əhatə edib. Zəlzələdən sonra bölgədə vəba epidemiyası yayılıb.

"Unikal" xəbər verir ki, Suriyanın şimal-qərbinə nəzarət edən müxalif qrupların tərkibində olan mülki müdafiə qrupu bölgədə başlayan vəba epidemiyasında 2 nəfərin öldüyünü açıqlayıb. Şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərən vəba xəstəliyinin çox yoluxucu və ölümcül olduğu qeyd edilib. Mülki müdafiə qrupu onu da qeyd edib ki, su şəbəkələrinə və infrastruktur sistemlərinə ciddi ziyan dəydiyi üçün 568 vəba xəstəliyi aşkar edilib.