ABŞ məhkəməsi 1983-cü ildə törədilən qətllə bağlı 38 ildən artıq həbsdə olan Moris Hastinqsin günahkar olmadığına dair qərar verib.

"Unikal" xəbər verir ki, qətllə bağlı yeni DNT tapıntılarının başqasına aid olduğu ortaya çıxardıqdan sonra Los-Anceles məhkəməsinin hakimi Uilliam C.Ryan Hastinqsi günahsız sayıb. 

"Bu, çox mənalıdır. Hakimin qərarı və üzr istəməsi üçün çox sağ olun. Bu gün hər şey mükəmməldir. Həyatıma davam etməyə hazıram", - Hastinqs qərardan sonra deyib. 

Hökmdən sonra Hastinqsin dəymiş ziyana görə məhkəməyə müraciət edəcəyi gözlənilir.

Ağarza Elçinoğlu