Argentinada  avtobus sürücüləri ölkənin təhlükəsizlik naziri Sergio Berniyə yumruq və daşla hücum ediblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Buenos-Ayresin La Matanza bölgəsində silahlı hücumda həyatını itirən həmkarları səbəbiylə bir araya gələn onlarla sürücü, magistral yolu bağlayıb. 

Nümayişçilərlə danışmaq üçün magistral yola gələn nazir Berni qəzəbli sürücülərin hücumuna məruz qalıb. Burnu qanayan Bernini polis çətinliklə kütlənin içindən çıxarıb.

Bildirilir ki, Buenos-Ayresin şəhər yerləri və qəsəbələri arasında sərnişin daşıyan avtobus sürücüləri tez-tez quldur dəstələri tərəfindən hücuma məruz qalır.

Gülayə Mecid