Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 14 nəfərdən beşi xilas edilib,  9 nəfər itkin düşüb. Hazırda onların tapılması yönündə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, İskenderundan Ukraynaya gedən ticarət gəmisi digər bütün gəmilərə ümumi təcili yardım çağırışı edib. Əraziyə 7 Sahil Təhlükəsizlik Botu, 2 Sahil Təhlükəsizlik Helikopteri və 1 Sahil Təhlükəsizlik Təyyarəsi cəlb edilib. 

Məlumata görə, batanlar Suriya vətəndaşlarıdır. 

Ağarza Elçinoğlu