İranın İsfahan əyalətində müdafiə nazirliyinin binasına PUA ilə hücum edilib.

"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, hücumun qarşısı alınıb. 

"Obyektə zərbə endirməyə cəhd edən PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - deyə məlumatda qeyd olunub. 

Hadisə nəticəsində itkilərin olmadığı bildirilir. 

Ağarza Elçinoğlu