Çin ABŞ-ın yüksək səviyyəli diplomatik təmasları bərpa etmək təklifini rədd edib.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb .

Qəzet yazır ki, Pekin ABŞ dövlət katibi Entoni Blinkenin fevralın əvvəlində Çinin casus şarları ilə bağlı insidentdən sonra Çinə səfəri üçün yeni tarix təyin etmək təşəbbüslərini rədd edir. Bundan başqa, Çin tərəfi digər ABŞ diplomatlarının səfəri barədə heç nə demir.