Ukraynaya məxsus yüngül mühərrikli təyyarə Rusiyanın Klintsovski rayonunda qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, təyyarənin naməlum səbəbdən Butovsk kəndi yaxınlığında qəzaya uğradığı deyilir.

Pilot Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, Butovsk kəndi Bryansk vilayətinin qərbində, Ukraynanın Çerniqov vilayəti ilə sərhədindən təxminən 30 kilometr aralıda yerləşir.