ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas, ekoloji fəal və siyasətçi Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, 69 yaşlı Kennedi ABŞ Demokratlar Partiyasından namizəd olmaq niyyətindədir.

Qeyd edək ki, Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində sui-qəsdin qurbanı olub. 

Gülayə Mecid