Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.

"Unikal" yerli KİV-ə istinadla xəbər verir ki, bu günkü aksiyalarda 600 minədək adam iştirak edib.

Aksiyalar zamanı polislə toqquşma baş verib. Qarşıdurmalarda 154 polis xəsarət alıb, 111 nəfər saxlanılıb.

23:08

Təxminən 57 min insan Fransada pensiya islahatına etirazını bildirmək üçün Paris küçələrinə çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə polis prefekturasına istinadən "BFM" telekanalı məlumat yayıb.

Eyni zamanda, telekanalın məlumatına görə, ötən həftə etirazlarda 93 min nəfər iştirak edib.

Öz növbəsində həmkarlar ittifaqları paytaxtda keçirilən mitinqdə iştirak edənlərin sayını 400 min nəfər hesablayıblar. Bu rəqəmlər də də etiraz fəallığının azaldığını göstərir. Keçən həftə həmkarlar ittifaqlarının məlumatına görə, Parisdə 450 min iştirakçı olub.

BFM-in məlumatına görə, iğtişaşlar zamanı 4 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif qanun pozuntularına görə azı iyirmi nəfəri saxlayıblar.