Ukraynanın baş naziri Denis Şmıqal Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı Ukraynaya F-16 qırıcılarının tədarükü müzakirə edilib.

"Biz bu müharibədə qalib gələcəyik. Lakin buna daha tez və daha az itki ilə nail olmaq üçün Ukraynanın hələ də intensiv hərbi dəstəyə ehtiyacı var", - Şmıqal deyib.

Ostin F-16 qırıclarının tədarükü barədə suala cavab vernəyib, ABŞ-ın Ukrayna üçün silah istehsalını genişləndirəcəyini vəd edib.