Macarıstan Rusiya ilə enerji əməkdaşlığını dərinləşdirməklə ukraynalıların öldürülməsinə maliyyə dəstəyi verir.

"Unikal" xəbər verir ki, bunu "Politico” nəşrinə açıqlamasında Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

"Rusların ukraynalı əsgərin başını kəsdiyi videoya baxmısınız? Macarlar bıçağın pulunu ödəyirlər. Sponsor olduğunuz cinayətləri görməmək üçün tamamilə kor olmalısınız (Macarıstan - red.)”, - Ustenko bildirib.

Onun sözlərinə görə, bu həftə Moskvada bağlanan və Macarıstanla Rusiya arasında enerji əməkdaşlığını gücləndirən yeni sazişlər yalnız müharibəni uzadacaq.

Gülayə Mecid