ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan ilə Vaşinqtonda görüşüb.

Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər.  Həmçinin, görüşdə Adeyemo İrəvanın anti-Rusiya sanksiyalarından yayınmasına diqqət çəkib.

Xatırladaq ki, Vaşinqton Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq edib. 

Gülayə Mecid