Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal D" və "CNN Türk"ün birgə yayımında gündəmlə bağlı sualları cavablandırıb.

"Unikal" xəbər verir ki,  jurnalistin “Kəmal bəyə TOGG hədiyyə etməyi düşünürsünüzmü” sualına Ərdoğan “Kılıçdaroğlu pulunu verər, alar. Onsuz da pulu var" - deyə cavab verib.  

O,  CHP sədri Kamal Kılıçdaroğluna ölkənin ilk yerli elektrik avtomobili olan TOGG-un hədiyyə edilməyəcəyini bildirib:

"Biz bəyi TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o gəlmədi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avtomobilin rəngini belə özü seçib. İlham Əliyev qardaşım da “Anadolu qırmızısı”nı seçdi. Kılıçdaroğlu pulunu ödəyib alar. Nə də olsa, pulu var”, - deyə Ərdoğan bildirib. 

Gülayə Mecid