Kanadanın Men ştatına düşən meteoriti tapana 25 min dollar mükafat veriləcəyi açıqlanıb.

"Unikal" xəbər verir ki, bu  barədə NASA-nın Astromaterialların Tədqiqi və Kəşfiyyat Elmi (ARES) laboratoriyası məlumat yayıb. 

Men Mineral və Gem Muzeyinin meteorit bölməsinin rəhbəri Darryl Pitt, günəş sistemi haqqında dəyərli məlumatları ehtiva edə biləcək meteorit parçalarını araşdırmaqda maraqlı olduğunu söyləyib. 

Çəkisi 1 kiloqram və ya daha çox olan ilk meteorit parçasına görə 25.000 mükafat veriləcək.

Bununla belə, ARES “ölçüsündən asılı olmayaraq” istənilən nümunə üçün pul ödəyə biləcəyi açıqlanıb.