Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), Sankt-Peterburqda aprelin 2-də baş verən partlayışı Ukrayna kəşfiyyatı təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Xatırladaq ki, Sankt-Peterburqda kafedə baş verən partlayışda rusiyalı bloger Maksim Fomin ölüb, 50-dən çox insan yaralanıb.

Partlayışda Fominin hədəf alındığı bildirilən açıqlamada “Bu terror aktı Ukrayna xüsusi xidmət orqanları və kəşfiyyatı tərəfindən təşkil edildiyi müəyyən edilib. Onların arasında xaricə qaçan rusiyalı dissidentlər də var. Fomin qətlini Darya Trepova və Ukrayna təxribatçı terror qruplaşmasının üzvü, 1987-ci il təvəllüdlü Yuri Denisov təşkil edib". 

Denisovun Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə fevral ayında Kiyevdən Latviya üzərindən Moskvaya gəldiyi qeyd edilən açıqlamada “Denisov hadisədən sonra aprelin 3-də dünyasını dəyişib. Denisovun beynəlxalq axtarışa verilməsi ilə bağlı prosesə başlanılıb”.

Gülayə Mecid