Özbəkistanın paytaxt şəhəri Səmərqənddə Əfqanıstan məsələsi ilə bağlı regional “dördlük” - Rusiya, Çin, İran və Pakistanın xarici işlər nazirlərinin görüşü başlayıb.

"Unikal" xəbər verir ki, nazirlər konfransı başlamazdan əvvəl Sergey Lavrov, Qin Qan, Hossein Amir Abdollahian və Rabbani Khar birlikdə foto çəkdiriblər, daha sonra danışıqlar qapalı formatda davam edib.

Konfransda Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri də iştirak edir. İştirakçılar Əfqanıstanın siyasi nizamlanmasının təşviqi, bu ölkədə humanitar və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi, habelə Kabilin iştirakı ilə regional iqtisadi inteqrasiyanın inkişafı, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üzrə gələcək addımları müzakirə edəcəklər. 

Rusiyanın xarici işlər naziri Əfqanıstan üzrə konfransdan əlavə, aprelin 14-də MDB ölkələrinin xarici işlər nazirlərinin görüşündə və Rusiya-Mərkəzi Asiya formatında nazirlərin görüşündə iştirak edəcək.

Gülayə Mecid