Avropa İttifaqı Şurası Ukraynaya 1 milyard avro məbləğində yardımı təsdiqləyib.

"Unikal" Ukrayna KİV-ə iatinadən xəbər verir ki, bu vəsait Ukraynaya döyüş sursatlarının ötürülməsi ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək.

"Bu gün Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (EPF) çərçivəsində 1 milyard avro məbləğində yardım tədbiri qəbul edib. Bu tədbir Aİ-yə üzv dövlətlərə mövcud ehtiyatlardan Ukraynaya ötürülən döyüş sursatlarının xərclərini ödəməyə imkan verəcək", - deyə məlumatda qeyd olunub.

Beləliklə, Avropa Sülh Fondunun xətti ilə Ukraynaya verilən ümumi yardım 4,6 milyard avroya yüksəlib.

Ağarza Elçinoğlu