Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmanini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat dərc edib. 

Paşinyan hökumətin ATƏT ilə əməkdaşlığı inkişaf etdirmək və genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Buyar Osmani də öz növbəsində Ermənistanla əməkdaşlığın vacibliyini vurğulayıb və əlavə edib ki, təşkilatın məqsədi regionda sülh və sabitliyə töhfə verməkdir.

Həmsöhbətlər Qarabağ münaqişəsi, Laçın dəhlizi, həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.   

Ağarza Elçinoğlu