Bütün dünyaya təsir edən yeni növ koronavirus ilə bir çox bölgələrdə lokal epidemiyalar qlobal sağlamlığı təhdid etməkdə davam edir.

"Unikal" xəbər verir ki, xüsusilə gigiyenik olmayan mühitlərdən və çirkli sulardan yayılan viruslar milyonlarla insanın, xüsusən də uşaqların xəstələnməsinə və ölməsinə səbəb olur. Mozambik bu cür virusların törətdiyi xəstəliklərin qeyri-gigiyenik həyat şəraiti səbəbindən göründüyü və ölümcül nəticələrə səbəb olduğu ölkələrdən biridir. Mozambikdə vəba epidemiyasında həyatını itirənlərin sayının 121-ə yüksəldiyi bildirilib. Milli mətbuatda yer alan xəbərə görə, Mozambik Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasında can itkisi ilə bağlı aktual məlumatları paylaşıb.Müvafiq olaraq, 2022-ci ilin oktyabr ayından bəri davam edən epidemiyada ölənlərin sayı 121-ə yüksəlib.

Son 24 saatda 237 nəfərdə vəba aşkarlanıb, ümumi yoluxma sayı 26 min 60-a yüksəlib. Zambezia, Niassa, Tete, Manica və Sofala ən çox yoluxma halı olan bölgələr olaraq qeydə alınıb. Vəba epidemiyası ilə mübarizə aparan Mozambik ötən ay 1,7 milyon doza peyvənd alıb.

“Vibrio” bakteriyasının yaratdığı qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.