Slovakiya Ukraynaya vəd edilmiş 13 MiQ-29 qırıcısının təhvil verilməsini başa çatdırıb.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı “Twitter” səhifəsində yazıb.

"Slovakiyaya məxsus 13 MiQ-29-un hamısı uğurla Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verilib. Həyatı qorumaq üçün doğru şeyi etməkdən qürur duyur. Biz Ukrayna ilə birlikdəyik", - o yazıb.

Seymur Əli