"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yemək qəbul edir, lakin orqanizmi onu həzm edə bilmir, 100 yaşlı kişiyə oxşayır". 

"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin anası Culi Alasaniya məlumat verib.

“O, skeletə çevrilib və ayağa qalxanda onurğası tamam əyilir, 100 yaşlı adam kimi çətinliklə yeriyir, yemək yeyir... Problem ondadır ki, o, yemək qəbul edir, amma görünür, orqanizm onu ​​həzm edə bilmir”, - Alasaniya jurnalistlərə bildirib.

O, oğlunun 120 kiloqram çəkisinin yarısını itirdiyini vurğulayıb. 

Gülayə Mecid