Rusiya özünün geosiyasi hərisliyi ucbatından Ukraynada qələbə qazanacağı təqdirdə başqa dövləti hədəf seçəcək.  

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda aprelin 17-də İtaliya lideri Sercio Mattarella ilə birgə konfrans zamanı deyib. 

Duda vurğulayıb ki, bu gün rusların Ukrayna torpaqları ərazisində hərbi eskalasiyasını davam etdirdiyi bir şəraitdə Ukraynaya yardımı dayandırmağa çağıran hər kəs əslində Moskvanın maraqlarından çıxış edir və əslində Rusiyanın Ukraynanı məğlub etməsini istəyir.

Polşa lideri qeyd edib ki, dünya Ukraynaya dəstəyi dayandırsa, Rusiya müharibədə qalib gələ bilər: "Ukraynaya yardım göstərilməsə, Rusiya bu müharibədə qalib gələcək və bu, Rusiya tərəfindən Avropanın bu hissəsindəki xalqlar üzərində hökmranlığını genişləndirmək üçün yalnız ilk addım olacaq".

Ağarza Elçinoğlu