PSJ-nin argentinalı hücumçusu Lionel Messi “Qızıl top”u qazanmaq üçün əsas favorit olaraq qalır.

"Unikal" xəbər verir ki, goal.com mükafata namizədlərin yenilənmiş reytinqini dərc edib.

Messi ilə yanaşı ilk üçlüyə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand və PSJ-nin fransalı hücumçusu Kilian Mbappe daxil olub.

İlk 10-luq aşağıdakı kimidir:

1. Lionel Messi (Argentina, PSJ);

2. Erlinq Holland (Norveç, “Mançester Siti”);

3. Kilian Mbappe (Fransa, PSJ);

4. Vinisius Junior (Braziliya, “Real Madrid”);

5. Kərim Benzema (Fransa, “Real Madrid”);

6. Viktor Osimhen (Nigeriya, “Napoli”);

7. Xviça Kvaratsxeliya (Gürcüstan, “Napoli”);

8. Kevin De Bruyne (Belçika, “Mançester Siti”);

9. Markus Reşford (İngiltərə, “Mançester Yunayted”);

10. Robert Levandovski (Polşa, “Barselona”)