Rusiya və Braziliyanın xarici işlər nazirləri Sergey Lavrov və Mauro Vieyra görüş keçirib.

"Unikal" xəbər verir ki, nazirlər Braziliyada keçirilən görüşdən sonra mətbuat konfransı keçiriblər.

Lavrovun sözlərinə görə, o, həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edib.

O, münaqişənin "uzunmüddətli razılaşmalar əsasında” həllinin zəruriliyindən danışıb. Nazir bildirib ki, Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır.