Fransada pensiya islahatı haqqında qanun 2023-cü ilin payızında qüvvəyə minəcək.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.

“Bildiyiniz kimi, Konstitusiya Şurası aprelin 15-də pensiya islahatını təsdiq edib və qanuni kimi tanıyıb”, - Makron bildirib.

Makron islahatın cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyini də bildirib və qeyd edib ki, bununla bağlı konsensusun tapılmaması təəssüfləndirici haldır.

Qeyd edək ki, islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Fransada pensiya islahatına qarşı kütləvi küçə etirazları yanvarın sonundan davam edir.