Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.

"Unikal" xəbər verir ki, üç gündür davam edən qarşıdurmada hərbçilər də daxil olmaqla 180 nəfər həyatını itirib, 1800-dən çox insan yaralanıb. Sudan Ordu komandanı general Əbdülfəttah əl-Burhan ordu ilə qarşıdurmada olan HDK-nın ləğvi və dövlətə qarşı üsyançı qüvvə elan edilməsinə qərar verib.