Rusiyanın Sverdlovsk vilayətində meşə yanğını nəticəsində içində barıt olan anbarlar yanıb. 

"Unikal" xəbər verir ki, bu barədə mayın 6-da Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. 

Yanan anbarların hazırda yaxınlıqdakı digər 18 anbara da keçdiyi ehtimal edilir. Anbarların hər birində 20 tona qədər barıtın olduğu açıqlanıb. 

Yanğının daha da genişlənməsinin qarşısının alınması üçün qüvvə və vasitələrin yığılması aparılır.

Bildirilir ki, hazırda 400-ə yaxın insanın yaşadığı kənd təxliyəyə hazırlaşır.

Ağarza Elçinoğlu