NATO iyunun 15-16-da alyansın müdafiə nazirlərini toplayacaq.

"Unikal" xəbər verir ki, tədbir Brüsseldə baş katib Yens Stoltenberqin sədrliyi ilə baş tutacaq.

Qurumun mətbuat xidməti müdafiə nazirlərinin alyansın qərargahında toplanacağını dəqiqləşdirib. İclasın gündəliyi açıqlanmayıb. Bununla belə, NATO hərbi komitəsinin sədri Rob Bauer bir gün əvvəl bildirmişdi ki, hərbçilər iyulda Vilnüsdə keçiriləcək sammit üçün yenilənmiş müdafiə planları hazırlayır.