Yeddi müxalifət partiyasından Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu müxalifətin seçki nəticələrinin dərcindən narazılığı fonunda tərəfdarlarını yatmamağa və seçki məntəqələrini tərk etməməyə çağırıb.

"Unikal" xəbər verir ki, o, partiyasından olan müşahidəçilərin və seçki komissiyalarının üzvlərinin yerində qalmalı olduqlarını tövsiyyə edib.

"Ay camaat, bu gecə yatmayacağıq. Mən Yüksək Seçki Komissiyasına xəbərdarlıq edirəm: siz vilayətlər üzrə məlumatları təqdim etməyə borclusunuz”, - Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidentliyinə namizəd, ATA siyasi blokunun nümayəndəsi Sinan Oğan öz Twitter hesabında respublikada prezident seçkilərinin ikinci turunun keçirilməsi ehtimalının yüksək olması barədə məlumat verib .

Birinci turda prezidentlik yarışının qalibi müəyyənləşməsə, ikinci tur mayın 28-də keçiriləcək.