ABŞ-ın Arizona ştatının cənub-qərbində yerləşən Yuma şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Unikal” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, atışma yerli vaxtla gecə 23 radələrində Yuma şəhərinin cənub-şərqindəki yaşayış massivində baş verib. Ölənlərin 19 və 20 yaşlı gənclər olduğu qeyd edilib.

Bildirilib ki, polis şübhəli şəxslərin axtarışını davam etdirir.