Rusiyanın Moskva vilayətində partlayıcı maddələrin saxlandığı anbarlardan birinə pilotsuz uçuş aparatı (PUA) düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, PUA döyüş sursatı daşımayıb və videokamera ilə təchiz edilib.

"Çox güman ki, o, batareyası bitdiyi üçün enib. Kvadrokopter anbara nəzarət etmək üçün kimsə tərəfindən istifadə olunub. İndi pilotsuz uçan aparatının sahibləri araşdırılır", -deyə məlumatda bildirilib.

Ağarza Elçinoğlu