"Türkiyədə prezident və parlament seçkiləri çərçivəsində ölkə daxilində səslərin 89,97%-i sayılıb”.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

O, ölkə xaricində səslərin 30,8%-nin sayıldığını əlavə edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır.