Rusiya və Ukrayna arasında bərabər şərtlərlə aparılan sülh danışıqları rədd edilməlidir.  

"Unikal" xəbər verir ki,  bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen G7 sammitində çıxışı zamanı deyib.  

Onun sözlərinə görə, Ukrayna hamıdan çox sülh istəyir, amma bu ədalətli sülh olmalıdır.

Qeyd edək ki, G7 sammiti Yaponiyanın Xirosima şəhərində keçirilir və mayın 19-dan 21-dək davam edəcək. Tədbirdə Yaponiya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya liderləri, həmçinin Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri iştirak edir.  

Gülayə Mecid