Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib .

Ərdoğan qeyd edib ki, Türkiyədə mövcud qaydalara əsasən, prezident yalnız iki dəfə seçilə bilər və onun ilk səlahiyyət müddəti başa çatıb.

Türkiyə lideri aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik etməyi planlaşdırıb-planlamaması ilə bağlı sualını cavablandırarkən, “İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq” deyə prezident bildirib.