Danimarkanın baş naziri Mette Frederiksenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə, Politico qəzeti rəsmi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. 

Frederiksen Ağ Evə dəvət olunduqdan sonra NATO-nun baş katibi postuna ciddi iddiaçıya çevrilib.

Nəşrin yazdığına görə, o, Şimali Atlantika Alyansındakı müttəfiqlərin növbəti liderə qoyduğu bir sıra meyarlara cavab verir, lakin baş nazirin də  "Vaşinqtonun xeyir-duasına" ehtiyacı olacaq. Birincisi, hərbi-siyasi blok ölkələri baş katib postunda hökumət başçısı olacaq şəxsi görmək istəyirlər. İkincisi, NATO-nun əvvəlki baş katiblərinin hamısı kişi olduğu üçün indi qadın namizədə maraq var.

Məqalədə qeyd olunur ki, bu vəzifəyə Frederiksenlə yanaşı, Niderlandın baş naziri Mark Rutte , İspaniyanın baş naziri Pedro Sançes , Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Estoniyanın baş naziri Kaya Kallas da müraciət edə bilər .

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu təsdiqləyib .