Türkiyənin Van bölgəsindəki Erçek gölündə yaşayan dikquyruq ördəklərini Türk jandarma qrupları qorumağa başlayıb. 

"Unikal" xəbər verir ki, nəsli kəsilməkdə olan quşların sayı bir ildə qorunaraq 20-dən 50-yə çatıb. 

Vanın Jandarma Komandanlığının qrupları nəsli kəsilmək təhlükəsi ilə üzləşən və sayı əvvəlki illərə nisbətən artan ördəkləri qorumaq üçün həftənin 7 günü 24 saat patrul xidməti edir. 

Seymur Əli