İsveçin Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

"Unikal" xəbər verir ki, Rusiya cavab olaraq beş isveç diplomatı ölkədən çıxarır.

Rusiya XİN-in yaydığı məlumata görə, Rusiya Federasiyası 2023-cü il sentyabrın 1-dən cavab olaraq İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür. Həmçinin, sentyabrın 1-dən Rusiya İsveçin Göteborqdakı Baş Konsulluğunun fəaliyyətini dayandıracaq.

Ağarza Elçinoğlu