Qazaxıstanın qərbindəki Manqistau vilayətində "Karaturun Yujnı" neft-qaz yatağında yanğın olub. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, "Buzaçı Neft" MMC-nin 303 saylı quyusunda baş verən yanğının söndürülməsi üçün əraziyə 56 nəfər canlı qüvvə, 12 ədəd yanğınsöndürən texnikası, Fəlakət Təbabəti Mərkəzinin bir texnikası cəlb olunub. 

Ölən və yaralananlar barədə məlumat verilmir.

Məlumata görə qazma aləti qaldırılarkən qaz-su qarışığı buraxılıb, nəticədə yerdən qaz fontanı fışqırıb, nəticədə quyuda yanğın olub. 

Ağarza Elçinoğlu